STEKON
Bloq

Hava Keyfiyyətini Artırmaq Üçün Yüksək İnduksiyalı Diffuzor İstifadəsi

2024 M04 13
Hava Keyfiyyətini Artırmaq Üçün Yüksək İnduksiyalı Diffuzor İstifadəsi

HAVA KEYFİYYƏTİNİ ARTIRMAQ ÜÇÜN YÜKSƏK İNDUKSİYALI DİFFUZOR İSTİFADƏSİ

Isıtma rejimində işləyən tavan tipli hava paylama sistemlərində ventilyasiya performansını artırmaq adətən çətindir. Bunun əsas səbəbi, isti daxil olan havanın müsbət qaldırma qüvvəsi səbəbindən aşağıya doğru yayılmaqda çətinlik çəkməsidir. Bundan əlavə, qarışdırmalı hava paylama sistemlərində isitmə, adətən soyutma ilə müqayisədə daha aşağı hava sərfləri və mühit temperaturundan təxminən 10°C daha yüksək daxil olan hava temperaturları ilə işləmək üçün layihələndirilir. Bu vəziyyət, xüsusilə qış aylarında arzuolunmaz termal təbəqələşmə (stratifikasiya) və qeyri-kafi hava paylanması kimi problemlərə yol açır.

ASHRAE Standartı 62.1-ə görə, bir ventilyasiya sisteminin səmərəliliyi, təmiz havanın yaşayış zonasına (occupied zone) nə dərəcədə effektiv şəkildə çatdırıla bildiyi ilə ölçülür. Bu baxımdan yanaşdıqda, hava paylama səmərəliliyi aşağı olan sistemlər həm konforu azaldır, həm də enerji səmərəsizliyinə səbəb olur.

Bu problemlərə qarşı bir çox həll yolu mövcud olsa da, yüksək induksiyalı swirl (burulğanlı) diffuzorların istifadəsi, həm mövcud sistemlərlə asan inteqrasiya oluna bilməsi, həm də xərc baxımından əlverişli olması səbəbindən ön plana çıxır.

Yüksək induksiyalı diffuzorlar havanı tavana paralel bir burulğan hərəkəti ilə mühitə ötürür. Bu sirkulyasiya hərəkəti sayəsində atış məsafəsi ənənəvi diffuzorlarla müqayisədə daha qısa olur, lakin tavana yaxın hissədə daha çox otaq havası induksiya olunur. Beləliklə, yaşayış sahəsində hava daha homogen şəkildə qarışır, termal təbəqələşmə azalır və hava paylama səmərəliliyi artır.

Bu diffuzorların sahədəki performansı, təmsilçiliyini etdiyimiz Price Industries firmasının Predict mühəndislik komandası tərəfindən Kvebekdə inşa edilən yeni bir ibtidai məktəb layihəsində sınaqdan keçirilmişdir. Komanda, isitmə rejimində hava paylama sisteminin performansını qiymətləndirmək məqsədilə, məktəbdəki tipik bir 567 kvadratmetrlik sinif otağı üçün ətraflı bir hesablamalı hidrodinamika (CFD) analizi həyata keçirmişdir.

İlk layihədə (Şəkil 1), pəncərə önlərinə yerləşdirilmiş induksiyası yüksək olmayan slot diffuzorlara əlavə olaraq, sinif otağının mərkəzində yerləşdirilmiş iki ədəd swirl diffuzor istifadə edilmişdir. Bu düzülüş ilə daxili mühitdə daha homogen bir temperatur paylanması təmin edilmiş və yaşayış zonasına daha effektiv təmiz hava ötürülməsi hədəflənmişdir.

Foto 1

Şəkil 1. İlk layihənin CFD sinif modeli

İlk layihəyə dair CFD nəticələri, otaqda yüksək termal təbəqələşmə (Şəkil 2-də göstərilir) və yaşayış (tənəffüs) zonasında aşağı hava paylama səmərəliliyi göstərdi.

Foto 2

Şəkil 2. Üst-üstə qoyulmuş sürət vektorları ilə ilk layihənin temperatur profili

Şəkil 3-dəki hava modellərinə baxdıqda, sistemin yaşayış sahəsinə doğru hava hərəkəti yaratmasına baxmayaraq, isti daxil olan havanı yaşayış sahəsinə kifayət qədər qarışdırmaq üçün yetərli olmadığını görə bilərik.

Foto 3

Şəkil 3. Üst-üstə qoyulmuş sürət vektorları ilə ilk layihənin sürət profili

Komandanın yekun layihəsində slot diffuzorlar sistemdən çıxarılmış və ümumi hava sərfinin tamamı, hava qarışığını optimallaşdıracaq şəkildə yenidən yerləşdirilən swirl diffuzorlar vasitəsilə mühitə paylanmışdır.

Bu optimallaşdırılmış yerləşdirmə nəticəsində; sinif daxilində daha homogen bir temperatur paylanması (Şəkil 4), nəzərəçarpacaq dərəcədə azalmış termal təbəqələşmə və əhəmiyyətli dərəcədə artmış regional hava paylama səmərəliliyi əldə edilmişdir. Bu da istifadəçi konforunda gözlə görünən bir yaxşılaşma təmin etmişdir.

Foto 4

Şəkil 4. Optimallaşdırılmış layihənin üst-üstə qoyulmuş sürət vektorları ilə temperatur profili

Şəkil 5-ə baxıb şəkil 3-ü müqayisə etsək, vəziyyətin niyə belə olduğunu anlaya bilərik. Optimallaşdırılmış layihədə əlavə hava axını ilə birlikdə diffuzorların yerləşdirilməsi daha çox hava hərəkəti yaradır və daxil olan havanın yaşayış zonasına daha da dərindən nüfuz etməsinə imkan verir.

Foto 5

Şəkil 5. Optimallaşdırılmış layihənin üst-üstə qoyulmuş sürət vektorları ilə sürət profili

Bu tədqiqat, yalnız isitmə rejimində swirl diffuzorların səmərəliliyini deyil;

  • Diffuzorların düzgün sərf diapazonlarında layihələndirilməsinin hava paylanmasına müsbət/mənfi təsirlərini,
  • İstifadə olunan slot diffuzor da olsa, başqa hər hansı bir diffuzor da olsa, bu avadanlıqların yüksək induksiyalı olmasının üstünlüklərini,
  • CFD analizlərinin fərqli layihələndirilmiş sistemləri tam simulyasiya edərək sizə ən sağlam hava paylama sisteminin seçilməsində nə qədər faydalı olduğunu göstərir.

STEKON olaraq hava paylama həllərində tədarük etdiyimiz və istehsal etdiyimiz yüzlərlə fərqli diffuzor sistemlərindən ən uyğununu sizin ssenarinizə uyğun təyin edir və müvafiq şəkildə qiymətləndiririk.

Mənbə: Price Industries

Stekon akedemi logo