Chilled Beam və Diffuzorlarda İnduksiya Effekti

AKTİF CHILLED BEAM CİHAZINDA İNDUKSİYA EFFEKTİ
Chilled Beam-lərdə “induksiya” termini bir nazil vasitəsilə primer (birincil) havanın təzyiq altında üfürülməsi prosesini izah etmək üçün istifadə olunur, bu da nazilin çıxışında dönüş və ya plenum havasını özü ilə bərabər sürükləyir.

Şəkil 1: Bir chilled beam cihazındakı induksiya effekti
Üfürülən hava miqdarına qarşı sürüklənən hava (induksiya olunan hava miqdarı Q) miqdarı, induksiya nisbəti olaraq adlandırılır.

İnduksiya olunan hava, nazildən üfürülən hava ilə təmas etmədən əvvəl, havanı isidən və ya soyudan bir serpantin üzərindən sorulur. Serpantin tərəfindən transfer edilən enerji miqdarı, induksiya olunan hava temperaturu, suyun verilmə temperaturu, serpantin üzərindən keçən induksiya olunmuş hava həcmi və serpantin səth sahəsi kimi müxtəlif amillərdən asılıdır.

Şəkil 2: Bir nazildən təzyiq altında birincil havanın üfürülməsi prosesi
Bir chilled beam sistemini layihələndirərkən, transfer səmərəliliyi tez-tez istifadə olunan bir parametrdir. Bu, birincil hava həcminin serpantin tərəfindən transfer edilən isitmə və ya soyutma enerjisinə nisbətidir.

Transfer səmərəliliyi, bütün HVAC sisteminin səmərəliliyi ilə əlaqədardır. Depolaya biləcəyindən daha az termal enerji miqdarına görə ehtiyac duyulan hava əhəmiyyətli dərəcədə çox olduğundan, termal enerjini su ilə daşımaq hava ilə daşımağa nisbətən daha az enerji tələb edir. Son zamanlarda aparılan bir neçə bina layihələndirilməsi, enerji qənaətində %10-15-lik bir potensial qazanc olduğunu göstərmişdir. Potensial qənaət daha yüksəkdir, lakin layihəçi tərəfindən edilən sistem seçimləri və primer hava tələbləri ilə məhdudlaşır. Sərf olunan enerjini minimuma endirmək üçün, primer hava sərfi təmiz hava tələblərindən daha çox olmamalıdır.
Su, enerjini ötürmək üçün çox daha səmərəli bir seçimdir.
Binanın HVAC sistemini layihələndirərkən chilled beam-lər üçün induksiya nisbətini bilmək faydalı ola bilər. Məsələn, bir palatada istifadə olunmaq üçün aktiv chilled beam seçərkən, ASHRAE 170 standartı, ən azı ikisi təmiz hava olmaqla minimum altı hava dəyişimi tövsiyə edir. Altı hava dəyişiminin hamısı təmiz hava ola bilər, lakin enerji səmərəliliyinin yüksək olduğu layihələrdə təmiz hava minimum iki dəyişimlə məhdudlaşmalıdır. Bu, layihəçinin tələb olunan altı hava dəyişimini qarşılamaq üçün induksiya nisbətini 1 m³/h primer hava üçün 2 m³/h induksiya olunan hava olaraq seçməsi deməkdir.
Bir aktiv induksiya cihazı üçün induksiya nisbəti, tipik olaraq cihaz üzərində bir enerji balansı hesablanaraq müəyyən edilir. Əsasən, induksiya olunan havaya su tərəfində transfer edilən ümumi enerji, induksiya olunan havanın sərfini müəyyən etmək üçün istifadə olunur. İnduksiya nisbətinin müəyyən edilməsi, əksər hallarda hava temperaturu ölçüləri vasitəsilə həyata keçirilir. Primer hava temperaturunu, induksiya olunan hava temperaturunu və üfürülən (qarışıq) hava temperaturunu bildikdən sonra, induksiya nisbəti hesablana bilər. Üfürülən hava temperaturu, üfürmə slotlarının uzunluğu boyunca primer hava nazillərinin sayı və mövqeyindən asılıdır və sahədə deyil, sınaq mühitində müəyyən edilməlidir. Bu, üfürmə havası temperaturunun dəqiq şəkildə ölçülməsini təmin edəcəkdir.
DİFFUZORLARDA İNDUKSİYA EFFEKTİ
İnduksiya cihazından fərqli olaraq, bir tavan diffuzorunun induksiya nisbəti, bir dəliyə daxil olan havanın həcminə görə deyil, diffuzorun dəliyindən üfürülən havanın həcminə görə müəyyən edilir (Şəkil 3). Diffuzor dəliyindən üfürülən vermə havası hərəkət edərkən, sürüklənərək bu havaya əlavə olunan hava kütləsinə görə sürəti azalır. İnduksiya olunan havanın həcmini müəyyən etmək üçün diffuzordan sabit bir məsafə təyin olunmalıdır, çünki diffuzordan uzaqlaşdıqca sürüklənən hava həcmi artır və induksiya nisbəti yüksəlir. Bir məsafə müəyyən edildikdə, sürüklənən hava həcmi vermə havası temperaturu, sürüklənən (otaq) hava temperaturu və qarışıq hava temperaturu (müəyyən edilmiş məsafədə) istifadə edilərək təxmin edilə bilər.

Şəkil 3: Diffuzorun üfürmə yolu boyunca sürüklənən hava
Qarışıq hava temperaturu, hərəkət edən hava təbəqəsində əhəmiyyətli dəyişənlər ola biləcəyi üçün asanlıqla müəyyən edilən bir qiymət deyil. Bu təbəqə üfürmə nöqtəsinin yaxınlığında 1 sm-dən daha az qalınlıqdadır, lakin diffuzor tipindən asılı olaraq daha qalın ola bilər. Bəzi hallarda təbəqə tavandan ayrılmış belə ola bilər. Daha yaxşı induksiya nisbətləri, yüksək üfürmə sürətlərinə malik nizamlı üfürmə formalarına malik və incə diffuzorlarla təmin edilə bilər.
Bir tavan diffuzorunun effektivliyini qiymətləndirmək üçün daha yaxşı bir istinad, Hava Paylanması Performans İndeksi (ADPI) olacaqdır. ADPI, göstərilən vermə havası sərfi, vermə havası temperaturu və soyutma yükü olan bir diffuzor üçün tək rəqəmli qiymətləndirmə indeksidir. Bu, yaşayış zonasının (occupied zone) hava sürətindən və sahədəki yel temperaturundan asılıdır.
Layihələndirmədə induksiya istifadə nümunəsi:
Aşağıdakı çoxməqsədli kompleks layihə nümunəsində iki fərqli diffuzor sistemi ilə havanın paylanması təmin edilir.

Şəkil 4: Jet nazil diffuzorun induksiya effektinin tətbiq nümunəsi
- Tribunaların üst hissəsindən jet nazil diffuzorlarla meydançanın ortasına yüksək sürətlə atılan primer hava
- Tribunaların alt hissəsindən yerdəyişməli (displacement) diffuzorlarla meydançaya doğru verilən aşağı sürətli primer hava
Bu layihədə; tribuna üstündən jet nazil ilə yüksək sürətlə atılan hava, alt hissələrdəki mühit havasını da induksiya edərək jet nazil havasına qarışdırır və bu sayədə tribunaların alt hissəsindən verilən primer havanı tribuna oturma sahəsi boyunca yuxarıya doğru daşıyaraq tamaşaçı hissəsi üçün şərtləndirilmiş təmiz hava dövranını təmin edir.

Şəkil 5: Jet nazil diffuzorun induksiya effektinin tətbiq nümunəsi-2
Mənbələr: Price Industries Limited
Hazırlayanlar: Samet Menteş – Ender Bilgin
İnduksiya cihazları və Yüksək induksiyalı diffuzorlar

Daha çox məlumat və layihənizə həll dəstəyi almaq üçün bizimlə əlaqə saxlayın:
Telefon: 0216 4700070 və ya 0533 7323738



