Döşəməaltı Konvektor
Döşəməaltı konvektor fanlı və fansız olaraq istifadəyə uyğundur. Hündür şüşə səthlərin olduğu mühitlərdə bir istilik pərdəsi yaradaraq termal rahatlıq təmin edir. Həmçinin şüşə səthində temperatur fərqi/dəyişməsindən yarana biləcək buxarlanmanın qarşısını alır. Döşəməaltı konvektorlar həm buxarlanmanın, həm də istilik ötürülməsinin beləliklə qarşısını almış olur.
Döşəməaltı konvektorlar ümumiyyətlə yaşayış binaları, ofis, otel, fabrik kimi sahələrdə istifadə olunur.

Kataloglar ve Araçlar
Marağınızı çəkə biləcək bloq yazımızı oxumağı unutmayın: Niyə Döşəməaltı Konvektora Üstünlük Verilməlidir - Üstünlükləri
İş prinsipi və quraşdırma videosu üçün:
STEKON döşəməaltı konvektoru, geniş xarici şüşə səthlərinin olduğu mühitlərdə yüksək termal rahatlıq şəraiti təmin etmək üçün dizayn edilmişdir. Bu rahatlıq, soyuq şüşə səthlərinin ön tərəfində yaradılan termal pərdə ilə təmin edilir. Eyni zamanda şüşə səthində yarana biləcək kondensasiya probleminin də qarşısını alır. Konvektorlar, isti su qaynaqlı istilik dəyişimi ilə isti hava sirkulyasiyasını, fan dəstəkli və ya təbii konveksiyalı olaraq təmin edirlər.
LC seriyalı fanlı konvektorlar 24V DC təhlükəsiz gərginlik ilə işləyirlər. İnteqrasiya edilmiş EC fanları çox aşağı enerji istehlakına malikdir və mühitin temperatur dəyərinə görə termostatdan və ya bina avtomatlaşdırılmasından aldığı məlumat ilə öz sürətini tənzimləyir. 0-10V giriş siqnalına uyğundur.
Stekon Döşəməaltı Konvektor Üstünlükləri
- Fanlı və ya fansız konvektor seçimləri
- 24 V DC qidalanma gərginliyi ilə qənaətli və təhlükəsiz istismar
- 1000 mm-dən 3000 mm-ə qədər tək parça konvektor uzunluğu
- 65 – 80 və ya 110 mm konvektor hündürlüyü seçimləri
- Müxtəlif barmaqlıq və çərçivə seçimləri
- Xüsusi örtük seçimləri
- Ultra səssiz çarpaz axınlı fanlar
- Rahat və davamlı 0-10 V sürət idarəetmə gərginliyi
- Tax-İşlət qutusu sayəsində asan quraşdırma
- EN 442-2-yə uyğun test edilmiş konvektor serpentinləri
Döşəməaltı konvektor seçim tövsiyələri
- Konvektorun otaq üçün əsas və ya köməkçi istilik mənbəyi olub-olmayacağına və ya istilik pərdəsi kimi istifadə edilib-edilməyəcəyinə qərar verilməlidir.
- Otaqdakı ümumi istilik itkisi və bunun nə qədərinin konvektor tərəfindən təmin ediləcəyi müəyyənləşdirilməlidir.
- Fansız konvektorun lazımi istilik gücünü təmin edib-etmədiyi və buna bağlı fan dəstəyinə ehtiyac olub-olmadığı müəyyən edilməlidir.
- Konvektoru ölçüləndirmək üçün mövcud olan uzunluq və kəsik sahəsi nəzərə alınmalıdır.
- Fanlı konvektorun işləməsi üçün lazım olan transformatorlara (24 V DC çıxışlı) uyğun bir yer müəyyənləşdirilməlidir.
- Otaqda istifadə olunacaq termostat üçün uyğun bir yer müəyyənləşdirilməlidir.
- Konvektor üçün su bağlantısı və naqillərin çəkilməsi tələblərini nəzərə alaraq sistemdə tənzimləmələr edilməlidir.
Konstruksiya, Materiallar
- Boyalı qalvanizli polad korpus
- Alüminium barmaqlıq və çərçivələr
- Alüminium qanadlı-mis borulu serpentin
- Qara boyalı qalvanizli polad fanlar
Aksesuarlar, Xüsusi variantlar
- 0-10 V və ya aç/bağla işləyən idarəetmə seçimləri
- Uzun tərəfə və ya qısa tərəfə paralel barmaqlıq seçimləri
- Anodlaşdırılmış və ya RAL boyalı barmaqlıqlar
- Bucaqlı künc birləşdirici hissələri
- Qısa və ya uzun tərəfdən su bağlantısı

